26 C
Baku
18 İyul 2024, 23:59
Baş xəbər

Laçınlılar:”Dövlətin malı dəniz, yemiyən kəriz-çox ağ biləklərə qandal deyə bilərzik taxacaq dövlət” – VİDEO

Laçın sakinləri Laçın rayonunda aparılan “tikinti abadlıq” işlərində narazıdırlar!

Onlar bildirir 30 il bundan öncə inşa işləri aparılan tikinti obyektləri uçub dağılmadı, amma bir il öncə görülmüş abadlıq adı altında bərpa işləri sıradan çıxır.

30 ildən artıq erməni zülümünə tab gətirən çarəsiz keçmiş məcburi köçkünlərə bunu etmək düzdürmü?

Azərbaycan Respubilkasını Ali Baş Komandanı, Qarabağın qüsursuz azad olunmasının banisi İlham Heydər oğlu Əliyevin qaydış proqramına öz maddi maraqları naminə kölgə salmaq, vətənə və dövlətə xəyanət deyilmi?”

“İnterPosta” xəbər verir ki, rayonda baş verənlərə sosial şəbəkə istifadəçisi Söhrab Həsənovda münasibət bildirir.

O, yazır: Laçında son zamanlar baş verən sel basmaları, körpü uçmalarını təbii fəlakət deyib yazıq Həkərinin üstünə şər atmayın.

Hələ sevininki yuxarıda olan mini su elektrik stansiyaları Həkərinin suyunu boğub, azaldıb.

Yoxsa Həkəri göynən gəlib orda nə qəsəbə buraxar,nə də ağıllı kənd zad. Həkəri həmin Həkəridir, heç dəyişməyib. Yarıtmaz olan Laçında abadlıq adı ilə talançılıqla məşğul olan firma və şirkətlərin yarıtmaz işləri və buna göz yuman Laçını, Laçınlıları tanımayan insanların rəhbərçiliyinin nəticələridir. Sizə dedilər axı gedib orda Avropa ,Amerika kəşf eləməyin. Laçına uca yaradan bütün gözəllik və nemətlərini onsuzda bəxş edib, bər bəzəyə gərək yoxdu,zatən gördüyünüz işlər üstü bəzək, altı təzəkdir.

Dövlətin malı dəniz , yemiyən kəriz prinsipi ilə iş görərsəniz,dövlətin orqanları da sizə nə edəcəyini bilir.

Darıxmayın azca qalıb.Çox ağ biləklərə qandal deyə bilərzik taxacaq dövlətin orqanları. Dərə xəlvət, tülkü bəy dövrü deyil papalarının gül balaları, internet əsrindəyik. Sonra demədi deməyin – deyərək qeyd edib.

Digər sosial şəbəkə istifadəşisi Elçin Həsənzadə də, belə münasibət bildirirb: Laçından görüntülər. Güclü yağış Laçında bir sıra problem yaradıb, 2 körpünün dağıldığı deyilir.

Bu hallar hələ işğaldan azad olunmuş ərazilərdə çox baş verəcək! Cünki bu ərazilərdə hələ 30 il əvvəl tikilən hər bir infrastruktur bundan keyfiyyətli idi. Əraziyə bələd olan həmin yerlərin iqlim və reliyefini bilən insanlardan və onların fikirlərindən istifadə edilmir! Buyurun burda nəticə!

Rayonun digər sakini Yusif Şamil oğluda aktiv gənclərindəndir, oda rayonda aparılan “abadlıq” və “bərpa” işlərinə öz münasibətin bildirirb: Laçında güclü sel həkəri körpüsünü dağıdıb. Şıltaq təbiətə malik olan Laçın rayonunda ciddi və keyfiyyətli şəkildə təmir ,tikinti işləri aparmaq lazımdır. Bununla yanaşı Laçın təbiətini yaxından tanıyan yerli mütəxəssislərə müraciət etmək lazımdır.

İnşəAllah müraciətlərimiz nəzərə alınar. Ən azından bundan sonra işlər doğru-düzgün şəkildə aparılar.

Laçın rayonunda baş verənlərə qərəzsiz və obyektiv münasibət bildirən, ziyalı Arif Gülşadoğlu da üç cümlə ilə fikirini ifadə edib: Hər şey yaxşı olacaq…

Hələ bu nədi ki???

Əslində bu elə belə inşa olunub. Dizaynı belədi… deyərək qeyd edib.

Laçınlıların çox saylı müraciəti mediada mütamadi olaraq yazılır və sosiallaşdırılır, amma nədənsə aydiyatı dövlət qurumları sakinlərin şikayətinə görə, bir şəxsi hələ bu günə qədər məsuliyyətə cəlb etməyib.

Məlumat üçün onuda qeyd edirik ki, Laçın şəhərində görülən tikinti, abadlı işlərin “Bakı Abadlıq Xidməti” MMC və “Laçın Abadlı Xidməti” Açıq Səhimdar Cəmiyəti aparır.

Mənbə: İnterPosta.info

Bugün TV

Oxşar xəbərlər

Dövlət qurumlarının əməkdaşlarına iki günlük təlim təşkil olundu

Elnarə Dərziyeva

Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə getdi

Bugün TV

İrana uçuşların dayandırıldığı yalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu