Dünya

Laptop ölçülü Starlink Mini gəlir

Elon Musk internetə çıxışı asanlaşdıracaq və daşınma qabiliyyətini artıracaq yeni Starlink Mini cihazını elan etdi.

İlon Maska məxsus SpaceX, interneti dünyanın hər bir əlçatmaz hissəsinə çatdırmaq layihəsinin bir hissəsi olaraq yeni Starlink peyklərini buraxmağa davam edir.

SpaceX-in aşağı yer orbitindəki Starlink peyklərinin sayı 5800-ə çatıb.

Hazırda SpaceX-in 12 min Starlink peykini orbitə yerləşdirməyə icazəsi var. Bundan əlavə, şirkət daha 30 min peykin təsdiqi üçün müraciət edib.

 Yeni Starlink Mini gəlir

Elon Musk, Starlink peyk internet şəbəkəsi layihəsi ilə bağlı əhəmiyyətli bir inkişafı açıqladı. Sırt çantasında daşına biləcək qədər kiçik olan yeni Starlink Mini təqdim edildi.

Yeni noutbuk ölçülü Starlink Mini antenaları mövcud antenalardan xeyli kiçikdir. Bu həm xərcləri azaldır, həm də daşınma qabiliyyətini artırır.

Starlink Mini, modemə ehtiyac duymadan cihazlarınızı şəbəkəyə qoşmağa imkan verən daxili Wi-Fi ötürücüyə malikdir.

Starlink Mini tam ölçülü versiyanın təxminən yarısı qiymətinə satışa çıxarılır. Mövcud antenalar 499 dollara satıldığı halda, Starlink Mini antenalar 249 dollara satılır.

Mənbə: EnSonHaber

Teymur Əziz

Oxşar xəbərlər

Netball oyunçularının formalarında yenilik olacaq

Nigar Məmmədova

Tekirdağda sərnişin qatarının vurduğu qadın həyatını itirdi

Aynur Camal

2026-cı ilə qədər hava taksiləri fəaliyyət göstərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu