DünyaSiyasət

Lavrov: Rusiya Ukraynada atəşkəslə bağlı Avropanın tələbini qəbul etməyəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukraynada atəşkəsin elan olunması ilə bağlı tələbini qəbul etməyəcəklərini bildirib. Onun sözlərinə görə, atəşkəs Ukraynaya hərbi itkilərini bərpa etmək və yenidən hazırlaşmaq üçün vaxt qazandıra bilər.

Bugun.tv xəbər verir ki, bu barədə “Ensonhaber” nəşri məlumat yayıb.

Lavrov Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şuraları katibləri komitələrinin birgə iclasında iştirak edib. Görüşdən sonra KTMT-nin baş katibi Taalatbek Masadıkovla birgə mətbuat konfransı keçirib.

Nazir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqların başladığını xatırladıb. O, ABŞ-ın təşəbbüsü ilə gələcək regional təhlükəsizlik sisteminin yaradılması məsələlərinin müzakirə edildiyini bildirib.

Lavrovun fikrincə, əvvəlcə gələcək təhlükəsizlik sisteminin dəqiq şərtlərinin müəyyənləşdirilməsi, daha sonra Rusiya ilə Ukrayna arasındakı münaqişənin həllinə keçilməsi məntiqli yanaşmadır.

Avropalı nümayəndələrin də Əbu-Dabiyə gəldiyini bildirən Lavrov onların danışıqlarda iştirakına ehtiyac olmadığını istehzalı şəkildə ifadə edib. O, ABŞ nümayəndələrinin əvvəlcə ukraynalı və avropalı tərəfdaşlarla görüşəcəyini, daha sonra Rusiya nümayəndə heyəti ilə danışıqlara başlayacağını qeyd edib.

Rusiya XİN rəhbəri, həmçinin bəzi Avropa İttifaqı ölkələrinin Polşada hərbi təlimlər keçirməsinə diqqət çəkib. Onun iddiasına görə, Avropa ölkələri atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya hərbi qüvvələr yerləşdirməyi planlaşdırırlar.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Silahlı şəxslər zirehli puldaşıyan avtomobili qarət etməyə cəhd etdilər

Aynur Camal

Dronlarla çatdırılma xidmətləri genişləndirilir

Aynur Camal

Macarıstanda Viktor Orbanın qardaşı qanunsuz insan daşınması işi üzrə saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu