Dünya

Lavrov: Ukrayna ABŞ-ın dəstəyi ilə Rusiyaya qarşı terror hücumları həyata keçirir

Bugun.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı ABŞ-ın dəstəyi ilə Rusiya ərazisində terror xarakterli hücumlar təşkil etməkdə ittiham edib.

Lavrov Moskvada keçirilən 12-ci Primakov Oxumaları Beynəlxalq Elmi və Ekspert Forumunda çıxışı zamanı bildirib ki, Ukrayna ordusunun Rusiya ərazisinə endirdiyi zərbələr Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın yardımı olmadan mümkün deyil.

Nazirin sözlərinə görə, “Ukrayna ABŞ-ın birbaşa dəstəyi olmadan bu terror aktlarını həyata keçirə bilməz”.

Sergey Lavrov, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında 2025-ci ildə Alyaskanın Ankoric şəhərində keçirilən görüşdə Ukrayna böhranının həlli ilə bağlı əldə olunan anlaşmalara sadiq qaldıqlarını vurğulayıb.

Diplomatik həll imkanlarına da toxunan Lavrov, Ukrayna münaqişəsinin siyasi və diplomatik yollarla həllinin hələ də mümkün olduğunu bildirib.

“Münaqişənin həlli üçün ağıllı insanların danışıqlar masasına oturmasına və məntiqli təkliflər irəli sürməsinə hazırıq. Lakin bizi aldatmağa imkan verməyəcəyik. Danışıqları bərpa etmək naminə döyüş əməliyyatlarını dayandırmayacağıq və ultimatumları qəbul etməyəcəyik”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Ukrayna və ABŞ tərəfi indiyədək Rusiyanın bu ittihamlarına münasibət bildirməyib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu