Texnologiya

LineShine sistemi dünyanın ən sürətli superkompüteri seçildi

Çinin Şençjen şəhərində yerləşən LineShine superkompüteri dünyanın ən güclü hesablama sistemi elan olunub.

Bununla da Çin 2017-ci ildən sonra ilk dəfə qlobal superkompüter reytinqi olan Top500 siyahısında liderliyə yüksəlib.

LineShine ABŞ-ın Kaliforniyadakı Lorens Livermor Milli Laboratoriyasında yerləşən El Capitan superkompüterini geridə qoyaraq birinci olub. Məlumata görə, sistem saniyədə 2 kvintilyondan çox əməliyyat yerinə yetirə bilir və 2198 ekzaflops məhsuldarlıq nümayiş etdirib.

Maraqlıdır ki, digər müasir yüksək məhsuldarlıqlı sistemlərdən fərqli olaraq, LineShine süni intellekt üçün nəzərdə tutulmuş qrafik prosessorlardan (GPU) deyil, tamamilə ənənəvi mərkəzi prosessorlardan (CPU) istifadə edir. Superkompüterin fəaliyyəti üçün təxminən 42,2 meqavat elektrik enerjisi tələb olunur.

Superkompüterlər tibbi araşdırmalar, iqlim dəyişikliklərinin modelləşdirilməsi, elmi kəşflər, nüvə sınaqlarının simulyasiyası və süni intellekt texnologiyalarının inkişafı kimi sahələrdə mühüm rol oynayır. Mütəxəssislər hesab edirlər ki, Çinin bu uğuru qlobal texnologiya yarışında ölkənin mövqeyini daha da gücləndirəcək.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Populyar süni intellekt proqramı SSD yaddaşlarını sürətlə sıradan çıxarır

Aynur Camal

Kondisioner orqanizmə necə təsir edir? Həkimlər optimal temperaturu açıqladılar

Aynur Camal

Robotlar dilənir? Çində bu görüntülər maraq yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu