Dünya

Supermarket işçisi uduşlu lotereya biletini oğurladı

ABŞ-ın Florida ştatında supermarket kassiri müştəriyə məxsus 2 700 dollarlıq uduşlu lotereya biletini mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Hadisə DeLend şəhərində yerləşən Walmart mağazasında baş verib.

Məlumata görə, müştəri hər gün oynadığı şans oyunlarından qazandığı mükafatı almaq üçün mağazaya müraciət edib. Kassir 40 yaşlı Tameka Hall biletin qalib olduğunu təsdiqləsə də, məbləğin mağazada ödənilə bilməyəcək qədər yüksək olduğunu bildirərək müştəriyə başqa məntəqəyə müraciət etməsi üçün qəbz verib. Lakin uduşun alınması üçün tələb olunan əsas bileti geri qaytarmayıb.

Müştəri biletin olmadığını fərq etdikdən sonra yenidən mağazaya qayıdıb. Təhlükəsizlik kameralarının görüntülərinə baxış zamanı kassirin əməliyyatdan dərhal sonra bileti cibinə qoyduğu və növbəsini başa vuraraq iş yerini tərk etdiyi müəyyən edilib.

Hüquq-mühafizə orqanları bildiriblər ki, şübhəli şəxs bileti indiyədək geri qaytarmayıb və ona qarşı ağır oğurluq maddəsi ilə cinayət işi açılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu