Sosial

“LİON CENTRE” MMC rəhbəri DGK-nın cavab məktubunun hüquq prinsiplərinə zidd olduğunu iddia edir

Bugun.tv xəbər verir ki, “LİON CENTRE” MMC-nin rəhbəri Ramil Aslanov Dövlət Gömrük Komitəsinə (DGK) müraciət edərək 2025-ci ildə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı qanun pozuntularına yol verildiyini iddia edib.

Onun sözlərinə görə, 2025-ci ilin may və avqust aylarında idxal olunan mallarla bağlı təqdim etdiyi müraciətlərə baxmayaraq, indiyədək qaldırdığı məsələlər mahiyyəti üzrə araşdırılmayıb və yalnız formal cavablarla kifayətlənilib.

Ramil Aslanov bildirib ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəliş edilməsi barədə bildiriş gömrük bəyannaməsinin təqdim edildiyi andan etibarən ən geci 24 saat ərzində verilməlidir. Onun iddiasına görə, 16 avqust 2025-ci il tarixli bəyannamə üzrə həmin bildiriş yalnız 21 avqustda təqdim olunub ki, bu da qanunvericilikdə nəzərdə tutulan müddətin pozulması deməkdir.

Şirkət rəhbəri qeyd edib ki, bu fakt Dövlət Gömrük Komitəsinin rəsmi cavab məktubunda da əksini tapıb. Lakin onun sözlərinə görə, həmin pozuntuya hüquqi qiymət verilməyib və məsuliyyət məsələsi araşdırılmayıb.

Ramil Aslanov həmçinin bildirib ki, DGK-nın 22 iyul 2026-cı il tarixli cavab məktubunda 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qüvvəyə minmiş qanun dəyişikliklərinin tətbiq edilməsinə istinad olunub. O hesab edir ki, sonradan qəbul edilmiş qanun normalarının əvvəlki dövrdə baş vermiş hadisələrə tətbiqi hüquqi müəyyənlik prinsipinə ziddir.

Şirkət rəhbəri Dövlət Gömrük Komitəsinin rəhbərliyindən qaldırdığı məsələlərin obyektiv araşdırılmasını, qanun pozuntularına hüquqi qiymət verilməsini və problemin həll olunmasını xahiş edib.

Mənbə: BusinessTime

Aynur Camal

Oxşar xəbərlər

Həkimlər avqustda bu 4 meyvəni yeməyi məsləhət görür

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Türkiyənin media nümayəndələri Xankəndiyə səfər etdi – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu