Səhiyyə

Yeni psixodelik dərman həm beyni sağaldır, həm mədəni qoruyur

Alimlər depressiyanın müalicəsi üçün yeni dərman namizədi hazırlayıb. VCU-1012 adlı bu maddə həm beynə müsbət təsir edir, həm də köhnə psixodeliklərin yaratdığı mədə problemlərini aradan qaldır.

İndiyə qədər psixodelik dərmanlar halüsinasiya və yan təsirləri ilə tanınırdı. Əsas problem ondaydı ki, dərman beyindəki 5-HT2A reseptorunu hədəfləyərkən, eyni zamanda mədədəki 5-HT3 reseptorunu da aktivləşdirir. Bu da ürəkbulanma və mədə ağrısına səbəb olurdu.

Virginia Commonwealth Universitetinin alimləri köhnə kipazin maddəsini yenidən dizayn edərək VCU-1012-ni yaratdı. Yeni birləşmə yalnız beyin reseptoruna təsir edir, mədə reseptoruna toxunmur.

Science Signaling jurnalında dərc olunan sınaqlarda siçanlara tək doza verildikdən 1 gün sonra depressiyaya bənzər davranış azaldı. Bundan əlavə dərman narahatlığı azaltdı və beyində “struktur plastikliyi” artırdı. Yəni beyin hüceyrələri arasında yeni əlaqələr yarandı.

Alimlər deyir ki, bu cür dəqiq hədəflənmiş dərmanlar gələcəkdə psixodelikləri yan təsirsiz müalicə vasitəsinə çevirə bilər.

Mənbə: Medical Xpress

Aynur Camal

Oxşar xəbərlər

Alimlər uşaqlarda böyrək çatışmazlığını yeni üsulla müalicə edir

Aynur Camal

Uşaqlar üçün D vitamininin 4 ən yaxşı qida mənbəyi açıqlandı

Aynur Camal

Alimlər hər gün məşq etmədən arıqlamağın yolunu müəyyən etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu