Baş xəbərDünya

Lionel Messi heyətdən kənar qaldı

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanına getdiyi üçün PSJ-dən ( Paris Sen-Jermen Futbol Klubu ) kənarlaşdırılan Liones Messi komanda yoldaşlarından üzr istəyib.

Fransanın Paris Saint-Germain komandasından ayrılaraq Barselonaya dönməsi gündəmdə olan məşhur futbolçu Lionel Messi daha bir hadisə ilə yenidən gündəmdədir.

Klub rəhbərliyinin icazəsi olmadan Səudiyyə Ərəbistanına gedən Messi bu səbəbdən heyətdən çıxarılıb.

Böyük təəssürat yaradan bu hadisədən sonra Messi paylaşımında komanda yoldaşlarından üzr istəyib.

Argentinalı ulduz açıqlamasında “Komandaya hər oyundan sonra olduğu kimi icazə veriləcəyini düşünürdüm. Səudiyyə Ərəbistanına səfər təşkil etmişdim, daha əvvəl ləğv etdiyim üçün onsuz da ləğv edə bilməzdim. Üzr istəyirəm. Komanda yoldaşlarımı və klubun mənimlə bağlı qərarını gözləyin”.

Messinin üzr istəməsindən sonra PSJ rəhbərliyinin qərarında dəyişiklik olub-olmayacağı maraqla gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sosial evlərin satışı davam edir

Kəmalə Sultan

Santa-Klaus dünyanın bütün qitələrində milyonlarla hədiyyə payladı

İntizar Əmirova

Avrasiya İnkişaf Bankı 2024-cü ildə Qazaxıstanda 3,5 milyard dollarlıq layihələri maliyyələşdirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu