17 C
Baku
13 Oktyabr 2024, 6:24
Baş xəbərDünya

Livanda yarım milyon insan didərgin düşdü

Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib bildirib ki, İsrailin hücumları səbəbindən ölkə daxilində didərgin düşənlərin sayı yarım milyona yaxınlaşır.

Nazir Buhabib Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Karnegi Fondunun təşkil etdiyi tədbirdə çıxış edib.

Buhabib bildirib ki, İsrailin Hizbullaha qarşı bombardmanları zamanı Livanda didərgin düşənlərin sayı yarım milyona yaxınlaşıb.

Son hücumlardan əvvəl Livanda 110 min insan didərgin düşdüyü halda, Buhabib bu rəqəmin hazırda 500 minə yaxınlaşdığını bildirib.

 İsrail Livanda 558 nəfəri öldürüb

İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.

Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.

Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqladığı halda, Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları nəticəsində didərgin düşmüş vətəndaşların yerləşdirilməsi üçün məktəblərin açıldığını açıqlayıb. İsrailin Hayfa bölgəsinin ən böyük sağlamlıq kompleksi olan Rambam Xəstəxanasından verilən açıqlamaya görə, 22-23 sentyabr tarixlərində Livandan atılan raketlər nəticəsində panikaya düşən və ya qəlpə parçalarına tuş gələn yüngül yaralı 11 nəfər xəstəxanaya gətirilib. İsrailin şimalındakı Nehariye şəhərində 9 nəfər yüngül xəsarət alıb.

“Haaretz” qəzetinin məlumatına görə, sentyabrın 22-də Aşağı Qaliley bölgəsində hücum sirenləri çalarkən çaxnaşma səbəbindən baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

9 yaşlı Lüsi dünyaya müraciət etdi

Aynur Camal

Avtimobildən oğurluq edən şəxs saxlanıldı

Teymur Əziz

İlham Əliyev: “Qarşıdakı illərdə yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu