Dünya

Londonun məşhur pablarında ayaqüstə içki qəbulu məhdudlaşdırıla bilər

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda, xüsusilə Vest-End və Soho bölgəsində yerləşən pablarda ayaqüstə spirtli içki qəbulunun məhdudlaşdırılması ilə bağlı təklif ictimai narazılığa səbəb olub.

Məlumata görə, Vestminster Şurası yeni lisenziyalaşdırma siyasəti çərçivəsində həddindən artıq sərxoşluğun qarşısını almaq məqsədilə pablarda daha çox oturacaq yerlərinin yaradılmasını və qonaqların masa xidməti ilə yemək və içki sifariş etməsini təşviq etməyi planlaşdırır. Təklif hazırda ictimai müzakirəyə çıxarılıb.

Məsələ ölkədə geniş rezonans doğurub. Böyük Britaniyanın Baş nazirinin ofisi bildirib ki, insanlarla dolu canlı pablar Britaniya həyat tərzinin ayrılmaz hissəsidir və minlərlə iş yerini təmin edir. London meri Sadiq Xan da təşəbbüsü tənqid edərək, dünyanın tanınmış gecə həyatına malik bir bölgəsinin həddindən artıq məhdudiyyətlərlə idarə olunmasının düzgün olmadığını vurğulayıb.

Artan narazılıq fonunda Vestminster Şurası pablarda ayaqüstə içki içməyi qadağan etmək niyyətində olmadığını açıqlayıb. Şura rəhbərliyi bildirib ki, məqsəd yalnız təhlükəsizliyi artırmaq və ictimai rəyə əsaslanaraq gələcək qərarları formalaşdırmaqdır.

Qeyd edək ki, son illərdə Böyük Britaniyada pabların sayı sürətlə azalır. Britaniya Pivə və Pab Assosiasiyasının məlumatına görə, 2000-ci ildə ölkədə 60 mindən çox pab fəaliyyət göstərdiyi halda, 2025-ci ildə bu rəqəm 44 650-yə enib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu