DünyaSiyasət

Məhəmməd Əsədullazadə: Gürcüstanda dini və etnik gərginlik riski artır

Bugun.tv xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə Gürcüstanda yeni patriarx Üçüncü Şio tərəfindən səsləndirilən açıqlamaların ölkədə dini və millətlərarası gərginlik yaratdığını bildirib.

Şərhçiyə görə, patriarx Gürcüstanda yaşayan digər millətlərin sayının artması və İslam dininin inkişafı ilə bağlı narahatlıq ifadə edib ki, bu da cəmiyyətdə narazılıq doğurub. O qeyd edib ki, dini liderlər cəmiyyətdə birlik və harmoniyanı gücləndirməli olduğu halda, bu cür açıqlamalar əksinə parçalanma riskini artırır.

Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstanda azərbaycanlılar ölkənin ən böyük etnik qruplarından biridir və belə çıxışlar dolayısı ilə bu icmaya və İslam dininə qarşı yönələ bilər.

Siyasi şərhçi həmçinin Gürcüstanda mövcud siyasi xəttin və “Gürcü Arzusu” hökumətinin digər millətlərə münasibətinin bu cür bəyanatlara zəmin yaratdığını iddia edib.

Onun sözlərinə görə, Avropa İttifaqının Gürcüstan hakimiyyətinə qarşı sərt mövqeyi də ölkədəki siyasi proseslərə beynəlxalq reaksiyanın göstəricisidir və mövcud vəziyyət regional təhlükəsizlik üçün risk yaradır.

Əsədullazadə əlavə edib ki, Rusiyanın regionda təsir imkanlarını artırmaq üçün Gürcüstanda daxili qarşıdurmalardan faydalanmağa çalışdığı iddia olunur. O, ölkədə siyasi kursun dəyişməsinin Gürcüstanın milli maraqlarına zidd nəticələr doğura biləcəyini bildirib.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-də seçicilərin üçdə ikisi İranla müharibəni dəstəkləmir

Aynur Camal

İsrail ordusu tarixinin ən böyük müdafiə büdcəsini tələb edib

Aynur Camal

Mübahisəsiz ünsiyyət: problemləri konstruktiv şəkildə necə müzakirə etmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu