Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə İranın iqtisadi vəziyyəti və ölkəyə qarşı tətbiq olunan sanksiyalarla bağlı sosial media hesabında paylaşım edib.

Ekspertin sözlərinə görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi ağır sanksiyalara Avropa İttifaqının da qoşulması Tehran üçün ciddi iqtisadi risklər yaradır. O hesab edir ki, uzun illər sanksiyalara müqavimət göstərən İran qarşıdakı dövrdə daha böyük iqtisadi çətinliklərlə üzləşə bilər.

Məhəmməd Əsədullazadə qeyd edib ki, sanksiyaların təsiri İranın qonşu ölkələrlə iqtisadi əlaqələrinə də təsir göstərə bilər. Onun iddiasına görə, Pakistan və Türkmənistan İran yük maşınlarının tranziti ilə bağlı məhdudiyyətlər tətbiq edib, Türkmənistanla İran arasındakı dəmir yolu daşımalarında da problemlər yaranıb.

Ekspertin fikrincə, ölkədə yanacağın bahalaşması, enerji çatışmazlığı, milli valyutanın dəyər itirməsi və ərzaq problemləri əhalinin narazılığını artıra bilər.

O, İran daxilində siyasi fikir ayrılıqlarının da dərinləşdiyini bildirib. Əsədullazadə SEPAH-ın müqavimətin davam etdirilməsini müdafiə etdiyini, prezident və bəzi siyasi dairələrin isə razılaşma yolunu nəzərdən keçirdiyini qeyd edib.

Ekspert Azərbaycanın İranla bağlı böhranın danışıqlar yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Vüqar Bayramov: Türkmənistanla qeyri-neft-qaz ticarətini artırmaq prioritetdir

Aynur Camal

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu