Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə İranda prezident Məsud Pezeşkianla İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında fikir ayrılıqlarının getdikcə dərinləşdiyini bildirib.

M. Əsədullazadənin sözlərinə görə, İranda hakimiyyət daxilində mövcud ziddiyyətlər artıq böhran xarakteri alır. Prezident və hökumət nümayəndələri ABŞ sanksiyalarının İran iqtisadiyyatına ciddi təsir etdiyini bildirsələr də, SEPAH-ın təsirində olan televiziya kanallarında iqtisadi vəziyyətlə bağlı fərqli mövqelərin yayımlandığı qeyd olunur.

Politoloqun fikrincə, prezident dövlət televiziyasını cəmiyyəti yanlış məlumatlandırmaqda ittiham edir və ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını vurğulayır. Eyni zamanda SEPAH daxilində sərt xətt tərəfdarı olan yüksək vəzifəli şəxslərin, o cümlədən Əhməd Vahidi, Möhsin Rzayi və Yəhya Səfəvinin qərarların qəbuluna ciddi təsir göstərdiyi bildirilir.

Əsədullazadə qeyd edib ki, Pezeşkian və hökumət iqtisadi təzyiqlərin azaldılması üçün ABŞ-la razılaşmanın əldə olunmasını və diplomatik kanalların işə salınmasını vacib hesab edir. Onun sözlərinə görə, iqtisadi vəziyyətin uzunmüddətli qarşıdurmanı davam etdirməyə imkan verməməsi bu mövqenin əsas səbəblərindəndir.

“ABŞ tərəfinin danışıqlarda İran prezidentinin ölkənin bütün təhlükəsizlik və hərbi siyasətinə tam nəzarət etmədiyini nəzərə alması da hakimiyyət daxilindəki real güc bölgüsünü göstərir. SEPAH-ın danışıqlarda daha sərt mövqe tutması mümkün razılaşmanın qarşısında əsas maneələrdən biridir”, – deyə M. Əsədullazadə bildirib.

O, SEPAH-ın Rusiya ilə hərbi və strateji əlaqələrinin də İranın xarici siyasətinə təsir etdiyini qeyd edib. Ekspertin fikrincə, bu əməkdaşlıq ABŞ-la genişmiqyaslı razılaşmaya qarşı olan qüvvələrin mövqeyini daha da sərtləşdirə bilər.

Məhəmməd Əsədullazadə hesab edir ki, fikir ayrılıqları daha da dərinləşərsə, İran hakimiyyətində istefalar və siyasi dəyişikliklər gündəmə gələ bilər. Prezident və hökumətin siyasi manevr imkanlarının məhdudlaşması və real hakimiyyətin daha çox SEPAH-ın əlində cəmləşməsi isə İranın yeni hərbi qarşıdurmaya sürüklənməsi riskini artıra bilər.

Onun sözlərinə görə, belə bir ssenari yalnız İran daxilində siyasi böhranın dərinləşməsinə deyil, Yaxın Şərqdə daha genişmiqyaslı müharibə ehtimalının yüksəlməsinə də səbəb ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

Tramp İranın Xark adasının “dağıdıldığını” iddia edib – ABŞ bunu təsdiqləməyib

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Azərbaycanda orta pensiya 594 manata çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu