Image default
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb

“Ermənistanda keçirilən son seçkilərin nəticələri həm müxalifət, həm də ona dəstək verən Rusiyanın regional siyasəti üçün ciddi uğursuzluq kimi qiymətləndirilməlidir”.

Bugun.tv– xəbər verir ki, ekspert bu barədə sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda yeni siyasi transformasiya prosesi gedir və Moskva dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq istəmir.

Rusiya Ermənistanda uğur qazana bilmir, çünki hələ də 1990-cı illərin siyasi yanaşmaları ilə hərəkət edir və region üçün yeni, çevik siyasi strategiya ortaya qoya bilmir.

M. Əsədullazadə qeyd edib ki, Moskvanın önə çıxardığı Samvel Karapetyan və Robert Koçaryan kimi siyasi fiqurlar əsasən keçmiş Qarabağ məsələsinin ritorikasına söykənir və Ermənistan cəmiyyətinə gələcəyə yönəlik siyasi baxış təqdim edə bilmirlər.

Siyasi ekspert vurğulayıb ki, Rusiyanın Ermənistandakı siyasətinin keçmişə bağlı qalması onun dəyişən regional reallıqlara və gələcəyin siyasi tələblərinə uyğunlaşmasına mane olur. Onun fikrincə, bu amil Moskvanın Ermənistanda təsir imkanlarının zəifləməsinin əsas səbəblərindən biridir.

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında gərginlik artır: ABŞ-ın yeni zərbələrindən sonra İranda partlayışlar baş verdi

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan beynəlxalq yükdaşımalarından gəlirlərini iki dəfə artıra bilər

Aynur Camal

Həkim xəbərdarlıq edir: Cəmi bir gecə yuxusuz qalmaq beyinə zərər verə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu