Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində cümə namazı qılıb.
Ensonhaber-in yaydığı məlumata görə, Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə Məkkədə cümə namazında iştirak edib.

Məlumatda bildirilir ki, bundan əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Məkkə Birgə Müdafiə Sazişi” adlandırılan sənəd imzalanıb.

Nəşrin məlumatına görə, saziş üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.
Mənbə: Ensonhaber
