25 C
Baku
27 İyul 2024, 3:45
Dünya

Məktəbə meyvə bıçaqlı hücum: 2 ölü, 10 yaralı

Çinin cənubundakı Tszyansi əyalətində ibtidai məktəbə bıçaqlı hücum nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Hücum yerli vaxtla günorta saatlarında Quixi şəhərindəki məktəbdə baş verib.

Polis hücumun meyvə bıçağından istifadə edən 45 yaşlı qadın tərəfindən törədildiyini açıqlayıb. Polisin sosial şəbəkədə verdiyi açıqlamada təcavüzkarın tutularaq nəzarətə alındığı bildirilib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Onların arasında tələbələrin olub-olmadığı bildirilməyib. Hücumdan xəbər tutan valideynlər məktəbə axın edib.

Çin son aylarda çoxsaylı bıçaqlı hücumlara səhnə olub. May ayında ölkənin cənubundakı Yunnan əyalətindəki xəstəxanada bir nəfər iki nəfəri bıçaqlayaraq öldürmüş, 21 nəfəri yaralamışdı.

Keçən ilin avqustunda Yunnan əyalətində bir yaşayış massivində ruhi xəstəlikləri olan bir şəxsin insanlara bıçaqla hücumu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Həmin ilin iyul ayında cənub-şərqdə yerləşən Quanqdonq əyalətində uşaq bağçasında bıçaqlanma nəticəsində üçü uşaq olmaqla altı nəfər ölüb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Qənaət siyasətinə qarşı böyük tətil: İşçilər həyatı dayandırdılar

Aynur Camal

İsrail elan etdi: Hizbullahın səhra komandirlərindən biri öldürüldü

Aynur Camal

Zelenski G7 liderlərinin Xirosimada keçiriləcək sammitində iştirak edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu