Baş xəbərSiyasət

Məlahət İbrahimqızı İtaliyalı mədəni irs mütəxəssisi Alessandro Biançi ilə görüşdü

Qərbi Azərbaycan İcması tərəfindən Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı İtaliyalı mədəni irs mütəxəssisi Alessandro Biançi ilə görüşüb.

Bugun.tv xəbər verir ki, Məlahət İbrahimqızı bildirib ki, ötən əsrdə baş verən deportasiyalar soydaşlarımızın mədəni irsinə ağır zərbə vurub. Məscidlərimiz, tarixi abidələrimizlə yanaşı, xalçaçılıq, aşıq sənəti, ədəbiyyatımız məhv olma təhlükəsi ilə üz – üzə qalıb.

Yeni Gündəm-in məlumatına görə, Şura sədri beynəlxalq arenada bu istiqamətlə məşğul olan qurumların bu faciəyə səssiz qalmasının yolverilməz olduğunu vurğulayıb. Alessandro Biançi mədəni irsə qarşı vandallıq aktlarının yolverilməz olduğunu, dünya birliyinin bu məsələdə həmrəy olmalı olduğunu qeyd edib.

İntizar Əmirova

Oxşar xəbərlər

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pislədi

Elnarə Dərziyeva

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid oldu

Aynur Camal

Ölkəmiz İsveçdə Qurani-Kərimə hücumu pisləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu