“Bu mənim Azərbaycana 4-cü gəlişimdir. Amma ilk dəfə Bakıya kitab sərgisinə gəldim və öz kitablarımı sizlərə təqdim edirəm. Mən hər Azərbaycana gəldiyimdə onu daha da gözəlləşmış və rahat görürəm. Azərbaycanın qazandığı Böyük Zəfər məndə böyük həyəcan yaratmışdı. Burada ,insanların üzlərində o zəfərin izlərini görürük. Bu da məni çox sevindirir. Bu kitab sərgisi təkcə oxucuya kitab təqdim etməyi deyil, yazıçıların da oxucularla tanış olması, onlarla ünsiyyətdə olması deməkdir. Eyni zamanda nəşriyyatlar da bir birləriylə tanış olub ,əlaqə yaradırlar. Bu Türkiyədə Azərbaycan haqqında nəşr edilən kitabların yayılmasına vəya Azərbaycan xalqının Türkiyədə maraq doğuran kitablarının burada tapmalarına imkan verir. Istərdik ki, bu kitablar tezliklə Azərbaycan dilinə tərcümə edilsin. Ama düşünürəm ki, buna ehtiyac yoxdur. Biz Azərbaycan türkcəsini çox rahat anlayırıq, sizlərdə Türkiyə türkcəsini . Ama gənçlər və uşaqlar daha rahat oxusunlar deyə düşünürəm ki, tərcüməyə mütləq ehtiyac vardır. Umidvarıq ki tezliklə bu problem həllini tapar.”- deyə o, ürək sözlərini bildirib.
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri