DünyaHadisə

Məşhur şirniyyat şəbəkəsindən “yeməyin” xəbərdarlığı: Dünya Kuboku üçün hazırlanmış məhsulda allergen aşkarlanıb

Bugun.tv xəbər verir ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən və Türkiyədə də filialları olan Krispy Kreme Dünya Kuboku mövzusunda satışa çıxardığı bəzi məhsullarla bağlı təcili geri çağırma qərarı verib.

Şirkət “Pitch Perfect” adlı dönatın tərkibində etiketdə göstərilməyən fındıq ola biləcəyini açıqlayıb. Bildirilib ki, bu hal xüsusilə fındıq allergiyası olan şəxslər üçün ciddi sağlamlıq riski yarada bilər.

Yaşıl və ağ bəzəklərlə futbol meydançasını xatırladacaq formada hazırlanan məhsul həm ayrıca, həm də “Matchday Dozen” adlı 12 ədədlik paketlərdə satışa təqdim olunurdu.

Şirkət geri çağırma qərarının ehtiyat tədbiri olaraq qəbul edildiyini vurğulayıb. Qida təhlükəsizliyi üzrə mütəxəssislər sözügedən məhsulları alan və fındıq allergiyası olan istehlakçılara onları qətiyyən istehlak etməməyi tövsiyə ediblər.

Müştərilərdən məhsulları aldıqları mağazalara qaytararaq ödənişlərini geri almaları xahiş olunub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Duz həqiqətən böyrəklər üçün zərərlidirmi?

Aynur Camal

ABŞ-də bəzi məktəblərdə təhlükəsizlik dronları dövrü başlayır

Aynur Camal

“Livanda yaradılacaq yeni mexanizm Netanyahuya narahatlıq yaradıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu