Baş xəbərSosial

“Mətbuat cəmiyyətin güzgüsü, dövlətin sütunudur”

“150 illik şərəfli yolun təntənəsində Prezidentin köməkçisi Hikmət Hacıyev cənab Prezident İlham Əliyevin medianın inkişafına dair dəyərli fikirlərini və təbrikini səsləndirdi. Ümumilikdə, bu yanaşma bir daha göstərdi ki, güclü media güclü dövlətin təməlidir. Eyni zamanda150 illik yubiley təkcə tarixə deyil, həm də gələcəyə məsuliyyətli baxışdır”.

Bugun.tv– xəbər verir ki, bu fikirləri Milli Mətbuatın 150 illiyi ilə əlaqədar əməkdar jurnalist, “Bu gün tv Media Qurumu”nun rəhbəri Elnarə Dərziyeva öz sosial media hesabında paylaşıb.

E.Dərziyeva həmçinin qeyd edib ki, “Əkinçi” ilə başlayan mətbuatımız, bu gün informasiya müharibəsinin ön cəbhəsindədir. Hikmət Hacıyev kimi ölkənin informasiya təhlükəsizliyi sahəsində çalışan şəxslərlə eyni platformada olmaq bu peşənin ciddiyyətini bir daha hiss etdirdi.

Azad və Bütöv Azərbaycan naminə doğru yolda olan bütün həmkarlarıma uğurlar arzulayıram!

Aynur Camal

Oxşar xəbərlər

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Yazıçı-publisist Aydın Tağıyevin yeni kitabının təqdimatı keçirildi

Aynur Camal

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu