Baş xəbər

Məzahir Əfəndiyev Ağdaş və Göyçayda “Son zəng” tədbirlərində iştirak etdi

Bugun.tv xəbər verir ki, iyunun 13-də 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayonunun Birinci Aral kənd tam orta məktəbində və Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirlərində iştirak edib.

Deputat bu əlamətdar gündə məzunları, onların valideynlərini və pedaqoji kollektivləri səmimi qəlbdən təbrik edib.

Çıxışı zamanı Məzahir Əfəndiyev gənclərə gələcək həyatlarında uğurlar arzulayıb. O bildirib ki, gənclər müasir Azərbaycanın aparıcı qüvvəsidir və gələcəkdə Vətənin, xalqın və dövlətin inkişafına öz töhfələrini verəcəklər.

Millət vəkili qeyd edib ki, “Son zəng” günü həm məzunların yeni həyata qədəm qoymasını, həm də valideyn və müəllimlərin qürur hissini özündə əks etdirən əlamətdar gündür. O vurğulayıb ki, bu gün Azərbaycanın bütün şəhər, rayon və kəndlərində böyük sevinc və fəxarət hissi ilə qeyd olunur.

Təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirən deputat məzunlara təhsillərini davam etdirməyi, düzgün peşə seçimi etməyi və yeni çağırışlara hazır olmağı tövsiyə edib. O, bu prosesdə müəllimlərin əzmkarlıq və fədakarlığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirlər məzunların hazırladığı konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Tədbirlərdən sonra Məzahir Əfəndiyev təhsil müəssisələrinin maddi-texniki bazası və mövcud şəraiti ilə yaxından tanış olub. Həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsil sahəsi ilə bağlı səsləndirilən təkliflər müzakirə edilib.

Mənbə: QaynarXett.az

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu