Baş xəbər

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar Şəhidlərinin xatirəsini yad edib

Mədəniyyət Nazirliyinin verdiyi məlumata əsasən, yanvarın 20-də – Ümumxalq Hüzn Günündə sözügedən nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək, onların xatirəsi yad edilib. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu