14 C
Baku
24 Aprel 2026, 21:45
Digər

Məhəmməd Əsədullazadə: Azərbaycan dini tolerantlıq modelini qoruyur və inkişaf etdirir

Azərbaycanda dini tolerantlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi ölkənin milli kimliyinin əsas sütunlarından biri olaraq qalır. Bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşımında bildirib.

Onun sözlərinə görə, tarix boyu Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayıb, bu ənənə bu gün də davam etdirilir. Ekspert qeyd edib ki, İslam dini ilə yanaşı xristian və yəhudi icmaları da ölkədə sərbəst fəaliyyət göstərir və cəmiyyətin ayrılmaz hissəsini təşkil edir.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, hazırda dünyada dini dözümsüzlük, ksenofobiya və islamofobiya hallarının artdığı bir dövrdə Azərbaycanın multikulturalizm modeli xüsusi əhəmiyyət kəsb edir və bir çox ölkələr üçün nümunə hesab oluna bilər.

Ekspert bildirib ki, dövlət tərəfindən müxtəlif dini icmalara məxsus ibadət yerlərinin qorunması, bərpası və fəaliyyətinə dəstək göstərilməsi bu siyasətin mühüm istiqamətlərindəndir. Onun fikrincə, insanların sərbəst ibadət etməsi üçün yaradılan şərait Azərbaycanın dini dəyərlərə verdiyi önəmin göstəricisidir.

Siyasi şərhçi əlavə edib ki, dünyanın müxtəlif bölgələrində dini zəmində baş verən zorakılıq halları, müqəddəs abidələrin dağıdılması və dini dəyərlərə hörmətsizlik kimi hadisələr bu sahədə problemlərin davam etdiyini göstərir. Bu baxımdan Azərbaycanın tolerantlıq mühiti daha da ön plana çıxır.

Məhəmməd Əsədullazadə həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işləri çərçivəsində məscidlərin yenidən tikilməsi və bərpası dövlətin dini-mənəvi dəyərlərə xüsusi diqqət ayırdığını təsdiqləyir. Bu siyasətin ölkədə dini həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Aynur Camal

Oxşar xəbərlər

Hərbi ekspert: İran ABŞ-ın təyyarədaşıyan gəmilərini məhv edə bilər

Aynur Camal

DeepSeek yeni süni intellekt modeli V4-ü təqdim etdi

Aynur Camal

İran XİN başçısı Abbas Əraqçi Pakistan, Oman və Rusiya turuna başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu