Image default
Siyasət

Məhəmməd Əsədullazadə: CNN-in Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır

Bugun.tv xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşdığı fikirlərdə CNN telekanalında Azərbaycanla bağlı yayımlanan materialların arxasında İsrail hökumətinin dayandığını iddia edib.

Ekspertin sözlərinə görə, İsrailin Baş naziri Benjamin Netanyahu İran və Azərbaycan arasında gərginlik yaratmağa çalışır. O bildirib ki, CNN-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı Azərbaycanın ərazisindən istifadə edildiyi barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Əsədullazadə vurğulayıb ki, İranın siyasi və hərbi rəhbərliyi Azərbaycandan İrana qarşı hər hansı hərbi fəaliyyət həyata keçirilmədiyini yaxşı bilir. Onun sözlərinə görə, Azərbaycan heç vaxt öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadə olunmasına icazə verməyib.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan İrana humanitar yardımlar göndərib və iki ölkə arasında normal münasibətlər sistemi qorunub saxlanılır. O hesab edir ki, İsrail Azərbaycanla İran arasında mövcud münasibətlərin inkişafında maraqlı deyil və Bakının Tehrana göstərdiyi humanitar dəstəkdən narazıdır.

Əsədullazadə həmçinin bildirib ki, İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı ABŞ Prezidenti Donald Trump və Netanyahu arasında fikir ayrılıqları yaranıb. Onun fikrincə, bəzi qüvvələr İranın Zəngəzur dəhlizi layihəsinə qarşı daha sərt mövqe tutmasına və Azərbaycan-İran münasibətlərində gərginliyin artmasına çalışırlar.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu