Hadisə

Meşə yanğınları genişləndi, minlərlə insan təxliyə olundu

Fransanın cənub-qərbində, Bordo şəhəri yaxınlığında baş verən genişmiqyaslı meşə yanğınları sürətlə yayılaraq minlərlə insanın təhlükəsiz ərazilərə təxliyəsinə səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, güclü külək və yüksək temperatur alovun qısa müddətdə geniş əraziyə yayılmasına şərait yaradıb. Yanğın səbəbindən yaşayış məntəqələri üçün təhlükə yarandığından minlərlə sakin evlərini tərk edib, bəzi avtomobil yolları isə müvəqqəti bağlanıb.

Alovun söndürülməsinə yüzlərlə yanğınsöndürən, xüsusi texnika və hava vasitələri cəlb olunub. Yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün işlər fasiləsiz davam etdirilir.

Fransa meteoroloji xidmətinin xəbərdarlığına əsasən, isti hava və quraqlıq şəraiti yanğın riskini yüksək səviyyədə saxlayır. Səlahiyyətlilər sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə və rəsmi xəbərdarlıqları izləməyə çağırıblar.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Aynur Camal

Meşə yanğınları Cənub-Şərqi Asiyanı zəhərli dumana bürüdü

Aynur Camal

Tuneldə doqquz gün qalan iki işçi sağ xilas edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu