11 C
Baku
29 Aprel 2026, 16:04
Digər

Məktəbdə qalmaqal: qadın müəllimə yüzlərlə şagirdin hücumuna məruz qaldığını iddia edir

Avstraliyanın Brisbane şəhərində yerləşən elit oğlan məktəblərindən biri – Marist College Ashgrove ətrafında ciddi qalmaqal yaranıb. Məktəbdə çalışan müəllim Victoria Sparrow yüzlərlə şagird tərəfindən hücuma məruz qaldığını və bunun nəticəsində ciddi psixoloji zərər aldığını iddia edir.

Məlumata görə, müəllim məktəbin həyətində təxminən 300-ə yaxın şagird tərəfindən əhatəyə alınıb. Şagirdlər ona qarşı şüarlar səsləndirib, yemək və içki ataraq hücum ediblər. Eyni zamanda, hadisə zamanı bəzi əşyaların müəlliməyə dəydiyi bildirilib.

Sparrow-un vəkili Gerard Forde məhkəmədə bildirib ki, bu hadisə məktəbdə “qadın düşməni mədəniyyətin” mövcudluğunun nəticəsidir və rəhbərlik bu mühitin formalaşmasına şərait yaradıb.

İddialara görə, məktəbdə digər qadın əməkdaşlar da oxşar davranışlardan şikayət ediblər. Hətta bəzi hallarda şagirdlərin müəllimələrə qarşı təhqiramiz və seksist ifadələr işlətdiyi, onlara psixoloji təzyiq göstərdiyi qeyd olunub.

Məsələ Brisbane Ali Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmə prosesi çərçivəsində əlavə sənədlərin təqdim olunması tələb edilib və işin davamı üçün iclas təxirə salınıb.

Müəllim Sparrow məktəb rəhbərliyini intizam qaydalarını düzgün tətbiq etməməkdə, təhlükəsizlik tədbirlərini zəif təşkil etməkdə və hadisədən sonra ona kifayət qədər dəstək verməməkdə ittiham edir.

Hadisə Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik və etik davranış məsələlərini yenidən gündəmə gətirib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Şəkəri azaltmağın 8 effektiv yolu: dietoloqdan tövsiyələr

Aynur Camal

Trampdan İrana sərt mesaj: “Tezliklə ağıllı olmalıdırlar”

Aynur Camal

Rusiya Qələbə Günü paradını hərbi texnikasız keçirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu