Baş xəbərSəhiyyə

“Məktəblərdə baş verən kütləvi zəhərlənmə halları ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmır”

Bugun.tv xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, bu qurum tibbi xidməti təşkil edən və üzərində nəzarəti olan bir müəssisədir. “Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB, sadəcə olaraq, tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir.Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər”, – qurum rəhbəri əlavə edib.

Qeyd edək ki, aprelin 6-da Bakı şəhərinin 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.

Mayın 23-də isə Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdinə və 3 müəlliminə bu diaqnoz təqin edilib. Hadisənin mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanması səbəbindən baş verdiyi ehtimal olunur.

Mənbə: Report.az

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Səfəvilər Azərbaycan dövlətidir, bu tarixə sahib çıxmalıyıq

Aynur Camal

“Birgə İnvestisiya Fondunun kapitalının artırılması sahibkarlar üçün yeni imkanlar yaradacaq”

Aynur Camal

Pfizer-in yeni preparatı vitiliqo xəstələri üçün ümidverici nəticə göstərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu