Dünya

Məktəblərdə daha yeni bir xarici dil tədris ediləcək

Bugun.tv xəbər verir ki, Rusiyada məktəblərdə ərəb dilinin tədrisi üzrə proqram təsdiqlənib və yeni tədris ilindən etibarən qüvvəyə minəcək.

Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov məlumat verib. O, BƏƏ-nin təhsil naziri Sara bint Yusif Əl-Amiri və BƏƏ-nin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əlcabirin iştirakı ilə Şeyxa Fatimə bint Mübarək adına Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı keçirilən görüşdə çıxış edib.

Nazirin sözlərinə görə, Rusiyada artıq üç ildir ərəb dili üzrə məktəblilər arasında olimpiada təşkil olunur. Təsdiqlənmiş yeni proqram isə 2026-cı il sentyabrın 1-dən etibarən ölkə məktəblərində tətbiq ediləcək.

Sergey Kravtsov bildirib ki, nazirlik tərəfindən rus xalq nağılları, Rusiya haqqında kitab və rus yazıçılarının əsərləri ərəb dilinə tərcümə edilərək Birləşmiş Ərəb Əmirliklərinə təqdim olunub.

Nazir həmçinin qeyd edib ki, gələn tədris ilindən etibarən Rusiya məktəblərində informatika fənninin dərindən öyrənilməsi çərçivəsində “Süni intellekt” profili də tədris olunacaq.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu