Bugun.tv xəbər verir ki, İspaniyada noyabrın 11-də əməkhaqlarının artırılması, mənzilə əlçatanlığın yaxşılaşdırılması və sosial hüquqların qorunması tələbi ilə 24 saatlıq ümumi tətil keçirilib. Bu, ölkədə 2012-ci ildən bəri təşkil olunan ilk ümumi tətil olub.
Reuters agentliyinin məlumatına görə, aksiyaya İspaniyanın iki böyük həmkarlar ittifaqı – İşçi Komissiyaları Konfederasiyası (CCOO) və Ümumi İşçilər İttifaqı (UGT), eləcə də kirayəçilərin təşkilatları dəstək verib. Həmkarlar ittifaqları tətilə 4 milyon işçinin qatıldığını açıqlayıb. İştirak səviyyəsi bölgələr üzrə fərqli olub, ən fəal dəstək sahil ərazilərində və avtomobil sənayesində qeydə alınıb.
Aksiya zamanı Madrid və Barselona da daxil olmaqla müxtəlif şəhərlərdə etiraz yürüşləri keçirilib. Bəzi mağazalar bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşıb. Polis günün ilk yarısına qədər tətilə bağlı 470 hadisə üzrə 40 nəfərin saxlanıldığını bildirib.
İttifaqlar 2027-ci ildə minimum əməkhaqqının ən azı 7 faiz artırılmasını, mənzil bazarında qiymət artımına qarşı tədbirlər görülməsini və dövlət xidmətlərinin gücləndirilməsini tələb edirlər.
Mənbə: mail.ru
