Image default
Digər

Macarıstanda ukraynalılara etirazlara qatılmaq üçün 6 min dollar təklif edildiyi iddia olunur

Rusiyanın təhlükəsizlik strukturlarına istinadən TASS xəbər verir ki, Andrey Yermak Macarıstanda yaşayan ukraynalıları hökumət əleyhinə mitinqlərə cəlb etmək üçün maliyyə vədləri ilə təşviq edir.

Mənbənin iddiasına görə, Vladimir Zelensky ofisinin keçmiş rəhbəri olan Yermak ictimai təşkilatlar vasitəsilə Budapeştdə keçiriləcək etiraz aksiyalarına qatılan şəxslərə 3000–6000 dollar arasında ödəniş və xaricə çıxış imkanları təklif edir.

Bildirilir ki, bu məqsədlə macar dilini səlis bilən, fiziki cəhətdən sağlam və stresə davamlı şəxslər seçilir.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel tarixində keçiriləcək. Hakim Fidesz partiyası Avropa Birliyinin dəstəklədiyi Tisza Partiyası ilə ciddi rəqabət aparır.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu