Dünya

Maduro ABŞ-ı Ukraynada hərbi münaqişəyə səbəb olmaqda günahlandırdı

Bugun.tv xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi “Venezolana de Television” verilişində deyib. ABŞ Ukraynanı Rusiya üçün təhlükəyə çevirib. Vaşinqton keçmiş Sovet respublikasındakı hərbi münaqişənin günahkarıdır.

“ABŞ Rusiyaya hücum etmək üçün CIA (Mərkəzi Kəşfiyyat İdarəsi – TASS) bazalarını yaradıb və Ukraynanı nəzarətə götürüb”, – Venesuela lideri bildirib. Onun sözlərinə görə, “Ukrayna Rusiya üçün təhlükəyə çevrilib və bu, bizim bu gün üzləşdiyimiz münaqişəni izah edir”. Maduro böhranın həll olunacağına ümid etdiyini ifadə edərkən, Birləşmiş Ştatlar “bu münaqişəyə görə məsuliyyət daşıdığını etiraf etməkdən imtina edir” deyib.

Müxbir Qaytən Qasimzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da süni intellekt müəllim robotunun istifadəsi etirazlardan sonra dayandırıldı

Aynur Camal

Həyat yoldaşının zirzəmi arzusu 23 ildə möhtəşəm yeraltı şəhərə çevrildi

Aynur Camal

CNN: Çində gənclər artıq loqolu brendlər deyil, “mənəvi lüks” axtarırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu