18 C
Baku
23 Oktyabr 2025, 6:26
Dünya

Marinada 22 qayıq yandı

Xorvatiyanın şimal-qərbində marinada baş verən yanğında 22 qayıq kül olub.

Yerli vaxtla saat 03.55-də Xorvatiyanın Adriatik sahilindəki turistik İstriya yarımadasındakı marinada yanğın baş verib. Əraziyə yanğınsöndürənlər sövq edilərkən, küləyin təsirindən alov qısa müddətdə ətrafa yayılıb.

Xorvatiya mətbuatı yanğın zamanı bəzi qayıq sahiblərinin alovdan xilas olmaq üçün dənizə atıldığını, yanğınsöndürənlərin isə hələ alovlara çatmamış qayıqları ayırmaq üçün sıx səy göstərdiyini bildirib. Xorvatiya Mülki Müdafiə Müdirliyindən verilən məlumata görə, yanğın saat 07:00 radələrində nəzarət altına alınarkən, yanan 22 qayıq külə dönüb. Ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün dənizə maneələr qoyulub.

Yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Sovet kosmik gəmisi Kosmos 482 nəzarətsiz şəkildə Yerə çırpılacaq

Aynur Camal

Yunanıstan 2024-cü ildə tarixində ən isti qış və yayı yaşadı

Aynur Camal

Alimlər formada qalmağa kömək edən iki vərdişin adını açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu