Dünya

Avropada isti hava həyəcanı: Fransa və Belçikada narıncı xəbərdarlıq elan edildi

Bugun.tv xəbər verir ki, Avropanı bürüyən isti hava dalğası səbəbindən Fransa və Belçikada narıncı səviyyəli xəbərdarlıq elan olunub, Böyük Britaniyada isə yaxın günlərdə havanın temperaturunun təhlükəli həddə çatacağı gözlənilir.

Fransanın meteorologiya xidməti Meteo-France ölkənin 58 departamentində 21-23 iyun tarixlərində rekord istilərin müşahidə olunacağını açıqlayıb. Paytaxt Parisin də daxil olduğu bəzi bölgələrdə küləyin sürətinin saatda 100 kilometrə çatacağı, güclü tufanların isə infrastruktur obyektlərinə ziyan vura biləcəyi bildirilib.

Yüksək temperatur səbəbindən Sena və Marn, Jirond, Sart və Şarant-Maritim departamentlərində bələdiyyələrin təşkil etdiyi musiqi festivalları ləğv edilib. Puatye şəhərində bir sıra universitetlərdə keçirilməsi planlaşdırılan şifahi imtahanlar da təxirə salınıb.

Belçikada da havanın temperaturunun 30-35 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır. Ölkənin qərb və mərkəzi bölgələrində güclü yağış, dolu və ildırım təhlükəsi ilə əlaqədar narıncı xəbərdarlıq qüvvədədir.

Böyük Britaniyanın Meteorologiya Xidməti isə bazar günündən etibarən istilərin artacağını, bazar ertəsi və çərşənbə axşamı günləri bəzi ərazilərdə temperaturun 35 dərəcəyə çatacağını bildirib. Mütəxəssislər yüksək temperaturun sağlamlıq problemlərinə, nəqliyyat sistemində gecikmələrə və elektrik təchizatında nasazlıqlara səbəb ola biləcəyini vurğulayırlar.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp və Meloni arasında yeni qalmaqal iddiası gündəmdədir

Aynur Camal

ABŞ–İran danışıqları İsrail və Hizbullah arasında toqquşmalardan sonra ləğv edildi

Aynur Camal

ABŞ-da qızılca xəstəliyinə yoluxma halları son 33 ilin rekordunu yenilədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu