Mail.ru (VK) istifadəçiləri üçün yeni məhdudiyyətlər müzakirə mövzusuna çevrilib.
Məlumata görə, şirkət IMAP, SMTP və POP3 protokolları vasitəsilə Outlook və Thunderbird kimi xarici poçt proqramlarından istifadəni pulsuz rejimdən çıxararaq yalnız ödənişli “Mail Space” paketinə daxil edə bilər. Yeni qaydaların 2026-cı ilin iyun ayından etibarən tam tətbiq olunacağı bildirilir.
Şirkət bu addımı “təhlükəsizliyin artırılması və giriş sistemlərinin gücləndirilməsi” ilə izah edir. Lakin istifadəçilər arasında narazılıq artır, çünki bu funksiya illərdir pulsuz idi.
Mənbə: Ru.News
