25 C
Baku
27 İyul 2024, 4:19
Dünya

Marinada yanğın çıxdı! Onlarla qayıq külə dönüb

Xorvatiyanın şimal-qərbindəki marinada baş verən yanğın 22 qayığı külə çevirib. Ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün dənizə maneələr qoyulub.

Yerli vaxtla saat 03.55-də Xorvatiyanın Adriatik sahilindəki turistik İstriya yarımadasındakı marinada yanğın baş verib. Əraziyə yanğınsöndürənlər sövq edilərkən, küləyin təsirindən alov qısa müddətdə ətrafa yayılıb.

Xorvatiya mətbuatı yanğın zamanı bəzi qayıq sahiblərinin alovdan xilas olmaq üçün dənizə atıldığını, yanğınsöndürənlərin isə hələ alovlara çatmamış qayıqları ayırmaq üçün sıx səy göstərdiyini bildirib.

Xorvatiya Mülki Müdafiə Müdirliyindən verilən məlumata görə, yanğın saat 07:00 radələrində nəzarət altına alınarkən, yanan 22 qayıq külə dönüb. Ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün dənizə maneələr qoyulub.Yanğının baş vermə səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Mənbə: TGRT

Sevinc Sadıqova

Oxşar xəbərlər

Rusiya tərəfindən girov götürülən Britaniya vətəndaşı öldü

Könül Kərimova

Ərdoğan Turqut Özalın vəfatının 30-cu ildönümü ilə bağlı paylaşım etdi

Nigar Məmmədova

NATO: F-16-ların Ukraynaya nə vaxt veriləcəyi hələ dəqiq deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu