Baş xəbərSiyasət

Mariya Zaxarova: “Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün əlimizdən gələni edirik”

“Azərbaycan və Ermənistan Rusiyada sülh müqaviləsi danışıqlarının növbəti raundunun keçirilməsinə razılaşıblar, dəqiq tarixlər daha sonra açıqlanacaq”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Demək istəyirəm ki, biz ölkələr arasında sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan və Ermənistana hərtərəfli yardım göstərmək səylərimizdən əl çəkmirik. Tərəfdaşlar ərazimizdə ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi təklifini qəbul ediblər. Hər şey tam razılaşdırıldıqdan sonra konkret hadisələrin tarixlərini sizə bildirəcəyik”, – Zaxarova mətbuat konfransında deyib.

Bugün TV

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Ekspert: Yəməndə Husilərin güclənməsi İranın strateji mövqeyini möhkəmləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu