25 C
Baku
27 İyul 2024, 6:47
Baş xəbərHadisə

Marmarisdə Rodosda baş verən yanğınla əlaqədar 95 turist təxliyə edildi

Bugun.tv xəbər verir ki, Rodos adasında 6 gün əvvəl başlayan meşə yanğını səbəbindən təxliyə edilən turistlər bərə ilə Muğlanın Marmaris qəsəbəsinə gətirilib.

Belə ki, Avropa ölkələrindən tətil üçün Rodos adasına gedən və yanğına görə, Yunanıstan səlahiyyətliləri tərəfindən təxliyə edilən 95 turist axşam saatlarında “Rodos Kralı” bərəsi ilə Marmaris limanına aparılıb.

Turistlər gömrük rəsmiləşdirilməsindən sonra ölkələrinə göndərilmək üçün Dalaman Hava Limanına aparılıb.

Digər tərəfdən, Marmaris Liman İdarəsində evakuasiya tələbi ehtimalı səbəbindən iki bərə hazır vəziyyətdə saxlanılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

4 bal gücündə zəlzələ baş verdi

Bugün TV

AK Partiyası 22 yaşını qeyd edir

Bugün TV

Yaxalanan FETÖ-nün sözdə yüksək vəzifəli icraçısı İstanbula gətirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu