Mars, NASA, Perseverance, Jezero krateri, qədim su, yeraltı sular, Marsın iqlimi, kosmik araşdırmalar
Dünya

Marsda qədim su fəaliyyətinin üç mərhələsi aşkarlanıb

Bugun.tv xəbər verir ki, NASA-nın “Perseverance” aparatı Marsın Jezero kraterində suyun planetin qədim dövrlərindəki fəaliyyəti ilə bağlı yeni məlumatlar əldə edib.

ScienceDaily-nin NASA-nın Jet Propulsion Laboratory laboratoriyasına istinadən yaydığı məlumata görə, tədqiqatçılar Jezero kraterinin “Margin Unit” adlanan hissəsində süxurların su ilə ən azı üç ayrı mərhələdə qarşılıqlı əlaqədə olduğunu müəyyən ediblər.

Alimlər əvvəlcə bu ərazidə qədim Mars gölünün çöküntü süxurlarını tapacaqlarını gözləyirdilər. Lakin “Perseverance” burada vulkanik mənşəli süxurlara rast gəlib. Aparatın araşdırdığı nümunələr suyun müxtəlif dövrlərdə bu süxurların tərkibinə və quruluşuna təsir etdiyini göstərib.

Tədqiqatçılara görə, ilk mərhələlərdən biri yeraltı suların fəaliyyəti ilə bağlı olub. Daha sonra ərazidə vaxtilə mövcud olmuş qədim gölün suları süxurlara təsir edib. Üçüncü mərhələdə isə yerin altından hərəkət edən isti suların fəaliyyəti müşahidə olunub.

“Perseverance” süxurların tərkibini öyrənmək üçün “SuperCam” alətindən istifadə edib və “Margin Unit” ərazisində 185-dən çox süxur nümunəsini araşdırıb.

Nəticələr Marsın qədim iqlimi və planetdə həyat üçün mümkün şəraitin necə formalaşdığını anlamağa kömək edə bilər.

Mənbə: ScienceDaily

Aynur Camal

Oxşar xəbərlər

Hindistan dizel və aviasiya yanacağı ixracına tətbiq edilən vergiləri azaltdı

Aynur Camal

Çin Braziliya mal ətinə 55 faiz əlavə rüsum tətbiq edir

Aynur Camal

ABŞ İran nümayəndə heyətinin Nyu-Yorkdan erkən ayrılmasını istəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu