11 C
Baku
20 Mart 2023, 22:16
Digər

Marsda yaşam gerçəkləşə bilərmi? – ARAŞDIRMA

Bugun.tv-nin araşdırmasına görə, ABŞ 2040-cı ilə qədər Marsa insan göndərməyi planlaşdırır. 21-ci əsrin ikinci yarısında Marsda minlərlə insanın yaşayacağı proqnozlaşdırılır. Planetdə yaradılcaq yeni şəhərin ilk sakinləri isə tədqiqatçılar, mühəndislər və robotlar olacaq. Bəs insanlar marsda harada yaşayacaq?
Başqa planetdə yaşamaq qulağa inandırıcı gəlməsə də, çox yaxında gerçək olacaq. Artıq uzun illərdir ki, tədqiqatçılar süni intelektlə birlikdə bunun üzərində işləyir. Nasa ilk kosmik gəmisini 2030-cu illərdə marsa göndərəcəyini açıqlayıb. 2040-cı ilə qədər isə orada insanların yaşaması panlaşdırılır. Amma bundan əvvəl tədqiqatçılar astronavtlar üçün yaşayış məntəqələri hazırlamalıdırlar.
Tədqiqatçı Henrieeti Bierin sözlərinə görə, onlar artıq bir ildir ki, Avropa Kosmik Agentliyi tərəfindən maliyyələşdirilən layihə üzərində işləyirlər. “Bizim məqsədimiz 3D çap yaşayış mühitini inkişaf etdirmək istəyirik. Tikiləcək binalar da 3D çaplı olacaq. Yaşayış yerləri, restoranlar, anbar sahələri, kommunikasiya qovşaqları, idman zalları və tədqiqat mərkəzləri kimi vacib məkanlar hazırlanacaq”.

Bu obyektlərin çoxu yer üzündəki investorlar tərəfindən maliyyələşdirilə bilər. Tikinti üçün tələb olunan materiallar isə marsda hazırlanacaq. Bu planetin torpağı su-buzla qarışdırılaraq betona bənzər məhsul yaradılacaq.
Henrieeti Bier deyir ki, onlar yerdən material götürməyi minimuma endirməkdə maraqlıdırlar. “Bəzi hallarda materialları yer kürəsindən də götürə bilərik. Amma bu çox az hallarda olacaq. Marsda yüksək radiasiya səbəbindən insanlar, adətən səthin üstündəki qapalı günbəzlərdə və yeraltı tunellərdə yaşayacaqlar. Çöldəki aşağı hava təzyiqini kompensasiya etmək üçün bu yaşayış yerlərində mütəmadi olaraq hava təmin ediləcək”.
Bəzi ərzaq məhsulları ilk vaxtlarda Yer Kürəsindən təmin ediləcək. Proqnozlar göstərir ki, Mars 2120-2150-ci illər arasında özünü tam təmin edə biləcək. Şəhərin enerjisi isə Günəş panelləri ilə təmin olunacaq. Planetə köçəcək insanlar ilk olaraq, psixoloji testdən keçəcək. Marsa köçmək xərclərinin 200-300 min dollar arası dəyişəcəyi gözlənilir.

Oxşar xəbərlər

Vüqar Qurbanov TƏBİB-in İcraçı direktoru təyin edildi

Aynur Camal

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Nigar Məmmədova

Sumqayıtda yanğın

Könül Kərimova

Şərh yazın