Mars meteoritində su izi, Black Beauty meteorit, NWA 7034 Mars daşı, Marsda su tapıntısı, 4.5 milyard illik meteorit, Marsdan gələn göy daşı, Danimarka Texniki Universiteti, Estrid Naver araşdırması, X-ray CT tarama, Neytron CT texnologiyası, Marsın qədim tarixi, Marsda maye su ehtimalı, kosmos elmi xəbərləri, meteorit tədqiqatı
Maraqlı faktlar

Marsdan gələn 4,5 milyard illik meteoritdə su izləri aşkarlandı

Alimlər Mars mənşəli olduğu bildirilən 4,48 milyard illik “Black Beauty” (NWA 7034) adlı meteoritdə su izləri aşkar ediblər. Yeni nəsil cihazlarla aparılan tədqiqat nəticəsində meteoritin daxilində yüksək miqdarda hidrogen və su komponentlərinin olduğu müəyyənləşdirilib.

Danimarka Texniki Universitetindən Estrid Naver və komandası meteoritin iç quruluşunu zədələmədən görüntüləmək üçün “X-ray CT” və “Neytron CT” adlı qabaqcıl texnologiyalardan istifadə edib.

Araşdırma zamanı meteoritin daxilində “H-Fe-ox” (hidrogenlə zəngin dəmir oksihidroksit) adlı kiçik süxur parçaları aşkarlanıb. Məlumata görə, bu hissələr nümunənin cəmi 0,4 faizini təşkil etsə də, meteoritin ümumi su ehtiyatının 11 faizini özündə saxlayır.

Mütəxəssislər bu tapıntının Marsın keçmişdə düşündüyündən daha geniş miqyasda və ehtimal ki, maye halda suya sahib olduğunu göstərdiyini bildirirlər.

Alimlər gələcəkdə Marsdan Yerə gətiriləcək nümunələrin də bu temassız tarama üsulu ilə araşdırılmasını planlaşdırır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

 62 milyon illik “daşlaşmış akvarium” aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu