11 C
Baku
21 Aprel 2026, 20:40
Digər

Meddison “Tottenhem”ə keçir?

“Lester Siti”nin yarımmüdafiəçisi Ceyms Meddison “Tottenhem”ə keçməyə yaxındır.

Bugun.tv xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Bildirilib ki, tərəflər şifahi şəkildə razılaşıblar və oyunçunun özü də təklif olunan şərti qəbul edib.

26 yaşlı futbolçunun müqavilə imzalanması “Spurs”a 47 milyon avroya başa gələcək.

Qeyd edək ki, “Lester Siti” ötən mövsüm Çempionşipə düşmüşdü. Meddison isə 32 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xatırladaq ki, futbolçu daha əvvəl (2012 və 2013-cü il) müvafiq “tvitlər” dərc edərək klubu və onların hücumçusu Qaret Beyli bəyənmədiyini bildirmişdi.

“Mən Qaret Beylə şiddətlə nifrət edirəm. Sakit ol, meymun! Ümid edirəm ki, Luis Suares bu gün “Tottenhem”i məğlub edəcək, bu klubu bəyənmirəm. Xüsusilə hamının danışdığı bu meymun (Beyl nəzərdə tutulur) “- deyə, Meddison yazmışdı .

Bugün TV

Oxşar xəbərlər

Donald Tramp İrana çağırış etdi: edama məhkum qadınları azad edin

Aynur Camal

AB Ukraynaya 90 milyard avro kredit ayırmağa hazırlaşır: qərar bu gün verilə bilər

Aynur Camal

İran ABŞ-la ikinci sülh danışıqlarına razılaşdı: əsas maneə nüvə proqramı və Hörmüz böhranı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu