Baş xəbərDünya

Meksika Trampın qoşun göndərmək təklifinə reaksiya verdi

Meksika prezidenti Şeynbaum bildirib ki, Tramp ABŞ prezidenti Trampla son telefon danışığında ondan “Narkotik ticarəti ilə mübarizədə sizə necə kömək edə bilərik? ABŞ ordusuna dəstəyi təklif edirəm” deyə soruşub. O, Trampın təklifini qəbul etmədiyini bildirib.

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın narkotik kartelləri ilə mübarizə çərçivəsində ölkəsinə qoşun yeritmək təklifini qəbul etmədiyini açıqlayıb.

Şeynbaum deyib ki, telefon danışığı zamanı Tramp “Biz sizə narkotik ticarəti ilə mübarizədə necə kömək edə bilərik? Mən ABŞ ordusunun dəstəyini təklif edirəm” deyə təklif edib.

Meksika prezidenti isə cavabında: “Xeyr, prezident Tramp. Torpaq toxunulmazdır, suverenlik satıla bilməz. Buna ehtiyac yoxdur. Biz əməkdaşlıq edə bilərik, birlikdə işləyə bilərik, amma siz öz torpağınızda, biz öz torpağımızda. Biz məlumat paylaşa bilərik, lakin ABŞ ordusunun Meksika torpaqlarında olmasını heç vaxt qəbul etməyəcəyik”.

“Meksika azad, müstəqil və suveren ölkədir. Meksika xalqının istədiyi budur və mən prezident kimi həmişə bunu müdafiə edirəm”, – Şeynbaum deyib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Arsenal 22 ildən sonra İngiltərə Premyer Liqasının qalibi oldu – Londonda möhtəşəm bayram

Aynur Camal

Ukrayna Moskvaya son ilin ən böyük dron hücumunu həyata keçirdi

Aynur Camal

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu