Dünya

Mercedes 144 min avtomobili geri çağırır: səbəb məlum oldu

Mercedes-Benz dünya üzrə 144 min avtomobili əhatə edən genişmiqyaslı geri çağırma kampaniyasına başlayıb.

Bugun.tv xəbər verir ki, qərar bir sıra modellərdə ekranın sönməsi və göstərici panelində nasazlıq riski ilə bağlıdır.

Geri çağırma siyahısına AMG GT, C-Class, E-Class, SL, CLEGLC modelləri daxildir. Xüsusilə yüksək performanslı C63 S E Performance versiyası da bu siyahıda yer alır.

Məlumata görə, problem sistemin ehtiyat iş rejimi zamanı həddindən artıq yenidən işə düşməsi nəticəsində yaranır və bu, sürücünün məlumat panelinin qısa müddətlik sönməsinə səbəb ola bilər. Ən vacib məqam isə odur ki, nasazlıq baş verməzdən əvvəl sürücüyə heç bir xəbərdarlıq göstərilmir.

Mercedes bu problemi ötən ilin avqustunda yayımlanan OTA (kablosuz) proqram yeniləməsi ilə qismən həll etmişdi və hazırda təsirə məruz qalan avtomobillərin təxminən 62%-i həmin yeniləməni alıb.

Şirkət həmçinin Cənubi Koreyada oxşar problemə görə əvvəlcədən təhlükəsizlik geri çağırışı həyata keçirmişdi. ABŞ NHTSA qurumunun (Milli Yol Təhlükəsizliyi Administrasiyası) müdaxiləsindən sonra isə məsələ rəsmi geri çağırma proseduru kimi genişləndirilib.

Mercedes açıqlamasında bu nasazlıqla bağlı heç bir qəza və ya xəsarət halının qeydə alınmadığını bildirib. Lakin çoxsaylı şikayətlər və servis müraciətləri səbəbindən təhlükəsizlik məqsədilə tədbir görüldüyü qeyd olunub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin keçmiş müəlliminə özü sürücülük etdi

Aynur Camal

İlk dəfə uşağın doğum şəhadətnaməsində üç valideyn göstərildi

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Baş ağrısını özbaşına dərmanla keçirmək təhlükəli ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu