31 C
Baku
24 Sentyabr 2026, 21:18
Baş xəbərDünya

Merin evinə hücum edildi! Həyat yoldaşı və uşağı yaralandı

Bugun.tv xəbər verir ki, Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum olunub. Həyat yoldaşı və uşağının yaralandığını bildirilir.

Bu barədə meriyanın rəhbəri tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar. “Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.

Mənbə: Report

Bugün TV

Oxşar xəbərlər

Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər şiddətləndi

Aynur Camal

Çin ABŞ-a Tayvana silah satışı ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Politoloq: İran nüvə silahı əldə edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu