Image default
DünyaHadisə

Meşə yanğını faciəsi: 12 nəfər həyatını itirdi

Bugun.tv xəbər verir ki, İspaniyanın Əndəlüs Muxtar Bölgəsinin Almeriya vilayətində baş verən güclü meşə yanğını nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb. Yüksək temperatur, quru hava və güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılan alov yaşayış məntəqələrini də təhlükə altında qoyub.

Bölgə rəhbərliyinin ilkin açıqlamasında altı nəfərin öldüyü bildirilsə də, sonradan yanğın zonasına aparılan baxış zamanı daha altı nəfərin meyiti aşkarlanıb. Məlumata görə, həyatını itirənlərdən bəziləri alovdan xilas olmağa çalışarkən avtomobillərində həlak olublar. Hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində azı altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ağır yanıq xəsarətləri alan bir qadın və tüstüdən zəhərlənən bir nəfər xəstəxanaya yerləşdirilib. Digər yaralıların da həkim nəzarətində olduğu bildirilib.

Yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən, fövqəladə hallar əməkdaşları və xüsusi texnika cəlb olunub. Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən bəzi yollar bağlanıb, risk altında olan ərazilərdə yaşayan təxminən 50 nəfər təhlükəsiz yerlərə təxliyə edilib.

İlkin ehtimallara görə, yanğına aşmış elektrik xəttindən çıxan qığılcımlar səbəb olub. Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İranın mərhum Ali Lideri Əli Xamenei Məşhəddə dəfn olundu

Aynur Camal

FSB: Rostovdakı hərbi aerodroma planlaşdırılan dron hücumunun qarşısı alındı

Aynur Camal

Şərqi Afrikada quraqlıqdan zərər çəkən milyonlarla insan üçün yeni beynəlxalq yardım proqramı başladıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu