22 C
Baku
16 Sentyabr 2025, 12:59
Dünya

Meşə yanğınından 1200 nəfər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında meşə yanğınının sürətlə yayılması nəticəsində 1200 nəfərin təxliyə edildiyi bildirilib. Kaliforniya Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamada, Los-Anceles şəhəri yaxınlığında baş verən meşə yanğınının 12 min hektardan çox əraziyə yayıldığı bildirilib.

Açıqlamada yanğından zərər çəkmiş yaşayış massivlərində 1200 nəfərin təxliyyə edildiyi bildirilib, yanğının yayıldığı ərazilərdə yanğınsöndürmə briqadalarının olduğu qeyd edilib.

Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Bu arada açıqlamada yüksək hava istiliyinin və aşağı rütubətin davam edəcəyi bildirilib və mümkün yeni təxliyə qərarlarının verilə biləcəyi ilə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.

Güclü külək və rütubət səbəbindən Los-Anceles Milli Hava Xidməti tərəfindən “qırmızı xəbərdarlıq” edilib.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

O, bütün türk dünyasının tarixində və yaddaşında dərin izlər buraxmış böyük liderdir

Aynur Camal

Danimarkalıların “Qrenlandiya” boykotu Coca-Cola satışlarını kəskin şəkildə aşağı saldı, yerli məhsul satışları yüksəldi

Aynur Camal

Android telefonlarında batareyanın ömrünü uzatmağın 11 yolu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu