Almaniyanın Dortmund şəhərinin Mengede qəsəbəsində bir nəfər meşəyə göbələk yığmaq üçün çıxıb. Göbələk yığan şəxs bel çantasına rast gəlib. İçində olanlara baxan adam baş verənlərə təəccüblənib.
Hadisə yerinə gələn polis bel çantasında çoxlu əl qumbarası, minaatan gülləsi, taxta jurnal qapağı və güllə olduğunu müəyyən edib. Bomba zərərsizləşdirmə qrupları əl qumbaralarını idarəli şəkildə məhv edib
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: TGRT