Dünyaİdman

Messi Ronaldonun əzəli rəqibi “Əl-Hilal”a keçir?

PSJ-nin hücumçusu Lionel Messi karyerasını Amerika MLS Liqasında davam etdirmək variantını ciddi şəkildə düşünür.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio öz saytında məlumat yayıb.

Argentinalı futbolçunun atası tezliklə “İnter Mayami”nin sahibi ilə görüşəcək. Amerika klubunun son bir neçə aydır Messi ilə əlaqə saxladığı, lakin tərəflərin hələlik ilkin razılığa gəlmədiyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda PSJ-nin Messi ilə müqaviləni uzatmayacağı və futbolçunun özünün vəziyyəti dəyişmək istədiyi barədə məlumatlar yayılmışdı. Buna ciddi maraq Səudiyyə Ərəbistanından gəlir. Ştat hökuməti Lionelə futbol tarixindəki ən böyük müqaviləni təklif etməyə hazırdır. Argentinalı futbolçu Kriştianu Ronaldonun əzəli rəqibi “Əl-Hilal”a keçə bilər.

Mənbə: Чемпионат

Bugün TV

Oxşar xəbərlər

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

ABŞ Senatı Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu