Texnologiya

Meta sentyabrdan yeni nəsil süni intellekt çiplərinin istehsalına başlayacaq

Bugun.tv xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Meta Platforms bu ilin sentyabr ayından etibarən özünün yeni nəsil süni intellekt çipi “Iris”in istehsalına başlamağı planlaşdırır. Şirkətin daxili sənədinə əsasən, bu addım Meta-nın süni intellekt sahəsində xarici çip istehsalçılarından asılılığını azaltmaq və hesablama gücünü əhəmiyyətli dərəcədə artırmaq strategiyasının tərkib hissəsidir.

Məlumata görə, “Iris” çipi Meta-nın Meta Training and Inference Accelerators (MTIA) proqramı çərçivəsində hazırlanıb. Çipin dizaynı Broadcom ilə əməkdaşlıq nəticəsində hazırlanır, istehsalı isə Tayvanın TSMC şirkəti tərəfindən həyata keçiriləcək. Şirkət bildirir ki, yeni prosessorun sınaqları cəmi altı həftə ərzində uğurla başa çatdırılıb və ciddi texniki problem qeydə alınmayıb.

Meta rəhbərliyi 2027-ci ilədək şirkətin ümumi hesablama gücünü iki dəfə artıraraq 14 giqavata çatdırmağı hədəfləyir. Bunun üçün 2026-cı ildə süni intellekt infrastrukturu və məlumat emalı mərkəzlərinə 145 milyard dollara qədər investisiya qoyuluşu nəzərdə tutulur. Şirkət hesab edir ki, öz çiplərinin istifadəsi həm xərclərin azaldılmasına, həm də Facebook, Instagram və digər platformalarda AI xidmətlərinin daha sürətli inkişafına imkan yaradacaq. Analitiklər Meta-nın bu addımını qlobal süni intellekt bazarında rəqabəti gücləndirəcək mühüm strateji qərar kimi qiymətləndirirlər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

26 illik köhnə kompüteri yenidən işə saldı: 700-ə yaxın oyun yüklədi

Aynur Camal

Braziliya süni intellekt üçün 444 milyon dollarlıq superkompüter layihəsinə başlayır

Aynur Camal

Çində humanoid robotlar üçün “ChatGPT anı” yaxınlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu